Gəncədə qadın dərmandan zəhərləndi

Gəncədə zəhərlənmə faktı qeydə alınıb.
APA-nın məlumatına görə, 1999-cu il təvəllüdlü İlkanə Həsənova zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir. 

İlkin məlumata görə, İ.Həsənova sakitləşdirici dərmandan zəhərlənib.