Bakıdan rayona gedən avtobus qəzaya düşdü - ölən var

Bakıdan Zaqatalaya sərnişin daşıyan mikroavtobus Qobustan rayonu ərazisində qəzaya düşüb.
APA-nın məlumatına görə, hadisə Mərəzə qəsəbəsi yaxınlığında qeydə alınıb. "Mercedes Vita"nın aşması nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər xəsarət alıb.
TƏBİB-dən APA -ya verilən xəbərə görə, qəza zamanı bir nəfər xəsarət alıb. Onun vəziyyəti orta-ağır qiymətləndirilir.