Tovuzda yaşlı kişini elekrik cərəyanı vuraraq ölüdürüb


Tovuzda bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Qovlar şəhərində baş verib. 

1948-ci il təvəllüdlü Sabir Ələkbərov evdə elektrik işləri görən zaman onu cərəyan vurub. Yaşlı kişi xəstəxanaya aparılırkən yolda dünyasını dəyişib.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda araşdırma aparılır.