İldırım düşdü, itburnu toplayan ana və qızı öldü


Türkiyənin Şərqi Qara dəniz bölgəsində yerləşən Gümüşhane vilayətinin Torul qəsəbəsində itburnu yığan Mevlüde (56) və qızı Busa Nur Urhan (20), ildırım düşməsi nəticəsində həyatlarını itiriblər.



Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə dünən, Torul qəsəbəsinin Günay kəndində baş verib. Trabzonda yaşayan və ata yurdu Gümüşhaneyə gələn Mevlüde və qızı Busa Nur Urhan, qonşularıyla  itburnu yığmaq üçün kəndlərindəki çöllük sahəyə gediblər. Bir müddət sonra ana və qızının itburnu yığdığı yerə ildırım düşüb.

Ana və balanın yerə yıxıldığını fərq edən qonşuları dərhal bölgəyə təcili yardım çağırıb. Hadisə yerinə gələn sağlamlıq qrupları ana və qızının həyatlarını itirdiklərini müəyyənləşdirib. Cəsədlər Respublika prokurorunun araşdırmasından sonra təcili yardımla xəstəxananın meyitxanasına aparılıb.

Turan