Dəhşət: Keçmiş arvadını və iki qızını öldürdü


Türkiyənin Ərzurum şəhərində dəhşətli hadisə yaşanıb.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, Raci Aslan adlı şəxs, keçmiş həyat yoldaşı və iki qızını tapançayla vuraraq öldürüb. Olaydan öz başına dirədiyi silahla prospektdə gəzən Aslan, polislər tərəfindən ayağından vurulub. 

Hadisə, günorta saatlarında Qurtuluş məhəlləsində baş verib. Qısa müddətdə hadisə yerinə gedən polis qrupları tapança ilə vurulmuş  3 qadını yerdə hərəkətsiz vəziyyətdə görüb.



Xəbərə görə, ana Gülçün Karabıyık (50) ilə qızı Cansu Aslanın (17) öldüyü, Bürcün Aslanın isə (24) yaralandığı təsbit edilib. Bürcün Aslan da aparıldığı xəstəxanada həkimlərin bütün müdaxiləsinə baxmayaraq həyatını itirib. Hadisədən sonra avtomobilinə minərək qaçan Raci Aslan tutulub.

Maşınından enən Aslan silahını başına dirəyib yolda hərəkət etməyə başlayıb. Qatilin arxasından düşən çoxlu sayda polis, ətrafda geniş təhlükəsizlik tədbiri görüb. Polisin bütün səyinə baxmayaraq təslim olmayan Raci Aslan, xüsusi hərəkat polisləri tərəfindən sağ əl və qarın boşluğundan vurularaq təsirsiz hala gətirilib.

Turan