Salyanda şəhid atası vəfat etdi - Foto

Salyan rayonunda Vətən Müharibəsində şəhid olan hərbçinin atası vəfat edib.


 
Report  xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Təzəkənd kəndində qeydə alınıb.

Belə ki, Vətən Müharibəsində şəhid olmuş 21 yaşlı Elməddin Qasımovun atası, 1976-cı il təvəllüdlü Aqil Qasımov qəfil dünyasını dəyişib.

Allah rəhmət eləsin!