Dəm qazı yenə can aldı

Bakıda 41 yaşlı qadın dəm qazından boğulub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə dünən Biləcəri qəsəbəsində baş verib.
“1 May” küçəsində yaşayan 1979-cu il təvəllüdlü Məşuqə Vəliyeva evində dəm qazından boğularaq ölüb.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.