Cəlilabadda yol qəzası: Xəsarət alan var 

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Uzuntəpə kəndi ərazisində qeydə alınıb.

Belə ki, minik avtomobilinin aşması nəticəsində bir nəfər ağır xəsarət alaraq Cəlilabad Müalicə Diaqnostika Mərkəzinə gətirilib.

Faktla bağlı araşdırma aparılır