Goranboyda avtomobil piyadanı vurub 

Goranboy rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə rayonun Quşçular kəndində qeydə alınıb.

Yolu qarşı tərəfə keçmək istəyən Əli Nağıyevi "VAZ" markalı avtomobil vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.