Bakıda ağaclar yanır 

Bakının mərkəzində ağaclar yanır. 

Yanğın barədə görüntülər Oxu.Az-ın redaksiyasına göndərilib. 

Məlumatına görə, hadisə Xətai rayonu ərazisində Cavanşir körpüsünün yaxınlığında baş verib. Yaşayış binasının qarşısındakı ağaclar naməlum səbəbdən yanmağa başlayıb.

Hadisə şahidlərinin sözlərinə görə, yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinə zəng edilib, əraziyə yanğınsöndürənlər cəlb edilib.