Hərəkətdə olan təyyarədən tullandı: hamı şoka düşdü

ABŞ-ın Şimali Karolina əyalətindəki “Charlotte Douglas” Beynəlxalq Hava Limanında maraqlı hadisə yaşanıb. Malayziya vətəndaşı olan Tun Lon Sein adlı şəxs təyyarə havaya qalxmazdan öncə qəfil yerindən sıçrayaraq yan qapını açmağa çalışıb.
“Sherg.az” “Cnnturk.com”a istinadən xəbər verir ki, sərnişinlərdən bəziləri vəziyyəti onu dayandırmağa çalışıb.
Ancaq Sein onu dayandıran sərnişinlərdən birinin qolunu dişləyib. Sonra isə başqa bir qapıya tərəf qaçıb və qapını açmağı bacardıqdan sonra təyyarə hərəkətdə olarkən aşağı tullanıb. Hadisədən sonra təyyarə təhlükəsizlik yoxlanışı üçün geri dönüb və uçuş təxirə salınıb.