Bakıda avtomobil piyada qadını vurdu

Bakıda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Jolya Çernodinova yolu keçmək istəyərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qolun sınığı diaqnozu qoyulub.