Bakıda avtomobillə vurulan gənc komaya düşdü

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Yolu keçən 2005-ci il təvəllüdlü, Tanrıverdiyev Aydın Kərim oğlunu avtomobil vurub.

Gənc təcili tibbi yardım avtomobilinin köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş-beyin əziyi diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib, komatik vəziyyət müşahidə olunur.

Hadisənin təfərrüatı araşdırılır.