Karton qutuda körpə cəsədi tapılıb

Cəsədi görən adam polisə xəbər verib

Karton qutuda yeni doğulmuş körpə cəsədi tapılıb. Dəhşətli hadisə Türkiyədə baş verib. “Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, polis əməkdaşları Bursa şəhərində, yaşıllıq bir ərazidə karton qutuda yeni doğulmuş körpə cəsədi aşkarlayıblar. Səhər saat 11:00 radələrində Harmanlar Caddəsi ilə hərəkət edən bir nəfər yaşıllıq ərazinin kənarı ilə hərəkət edərkən karton qutu diqqətini çəkib. Qutunun içində nə olduğu adamın marağına səbəb olub, yaxınlaşıb baxdıqda qutunun içində körpə cəsədi görüb. Cəsədi görən adam polisə xəbər verib, polis əməkdaşları hadisə yerinə gəlib. Hadisə yerini araşdıran polis əməkdaşları qutunun içindəki körpənin cansız bədəni ilə qarşılaşıblar. Cəsəd tibbi ekspertizaya təhvil verilib. Baş vermiş hadisə ilə bağlı istintaq tədbiləri başlanıb.