11 min manatlıq at oğurlandı... - Polis onu elə yerdən tapdı ki...

ABŞ-da oğurladığı atı evində gizlədən şəxs tutulub.
“Sherg.az” “Sabah.com”a istinadən bildirir ki, qonşular bir neçə gün öncə Koble adlı şəxsin evə atla girdiyini görüblər.
Onlar şübhəli vəziyyəti lazımi orqana bildirəndə hadisə yerinə gələn polislər 31 yaşlı Koblenin atası ilə əlaqə saxlayıb. Atası evin özünə məxsus olduğunu və Koblenin orada olmamalı olduğunu söyləyib. Polis atı yataq otağında tapıb və Kobleni nəzarətə alıblar. Atın sahibi heyvanın 6 min 500 dollar dəyərində olduğunu deyib.