Tükürpədici qətl: Qadının əl-qolunu bağlayıb yandırdılar 

Bakıda qadın əl-qolu bağlanılaraq yandırılıb.
Lent.az-ın məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Puta qəsəbəsində qeydə alınıb.
Açıq ərazidə əl-qolu bağlı şəkildə yandırılan qadının meyitini sakinlər aşkarlayıblar.
Daha sonra bu barədə polisə və digər müvafiq orqanlara məlumat verilib.
Hazırda faktla bağlı araşdırmalar gedir.