AzTV-nin koronadan ölən rejissorunun əri eyni xəstəlikdən vəfat etdi - YENİLƏNİB


Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Ədəbi-dram verilişləri” Baş redaksiyasının rejissoru Arzu Mövludun həyat yoldaşı da koronavirusdan vəfat edib. 

Bununla bağlı onların tanışları sosial şəbəkələrdə məlumat yayıblar.

Qeyd edək ki, bu gün Arzu Mövlud sözügedən xəstəlikdən dünyasını dəyişmişdi, həyat yoldaşı isə koma vəziyyətində idi.

14:44

Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Ədəbi-dram verilişləri” Baş redaksiyasının rejissoru Arzu Mövlud koronavirusdan vəfat edib.

Bu barədə AzTV-də baş redaktor müavini kimi çalışan Azər Qismət öz sosial şəbəkə hesabında paylaşım edib.

O bildirib ki, mərhum rejissorun həyat yoldaşı da hazırda komadadır.