Gəncədə ildırım qaz xəttində yanğına səbəb olub

Gəncədə ildırım qaz xəttini vurub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Tağı Arani küçəsində qeydə alınıb.

Sözügedən ünvandan keçən qaz xəttinə bitişik ağac yanıb, qaz xəttinə ziyan dəyib.

Hazırda qərb bölgəsində qeyri-sabit hava şəraiti davam edir.