Bakı sakini itkin düşüb

Bakı şəhəri Xətai rayonu Əhmədli qəsəbəsi Neapol dairəsi 7, mənzil 33 ünvanında yaşayan 1976-cı il təvəllüdlü Bayramov Elçin Qufran oğlu itkin düşüb.

APA xəbər verir ki, E.Bayramov iyulun 15-də saat 12:00-da evdən çıxıb, bir daha geri qayıtmayıb.

Boyu 1 metr 75 sm-dir. Evdən çıxarkən əynində göy şalvar, göy köynək olub.