APA-nın yerli bürosunun məlumatına görə, həmin şəxs 13-cü mikrorayon sakini, IV sinif şagirdi Qələndərov Hüseyn İzmir oğludur.
Bildirilir ki, azyaşlı ailənin yaxın qohumu ilə dənizə gedib və diqqətdən yayınıb. Onun tapılması istiqamətində axtarış tədbirləri davam etdirilir.
***
Saat 17:58
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazi) 1 nəfər azyaşlının batması barədə məlumat daxil olub.
APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.
Əlavə məlumat veriləcək.