Ağstafada kişini ilan sancıb

Ağstafa sakinini ilan sanıb.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Köçəsgər kəndində qeydə alınıb.

1978-ci il təvəllüdlü Baloğlan Hüseynov ilan sancması diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Dərhal ona ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyətinin orta ağır olduğu bildirilir.