Bakı sakinini elektrik cərəyanı vurub öldürüb

Sumqayıtın "Novxanı bağları" yaşayış massivində ölümlə nəticələnən hadisə qeydə alınıb.

APA-nın yerli bürosunun məlumatına görə, Bakı sakini 1956-cı il təvəllüdlü Albakunu İssam Abdulazizovici hovuzda təmir işləri apararkən elektrik cərəyanı vuraraq öldürüb.

Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.