Göygölün bir hissəsində suyun verilməsində fasilələr yaranacaq

7 nömrəli Regional Sukanal İdarəsinin Göygöl Sukanal sahəsində Kürəkçay suqəbuledici mənbədə güclü yağışlar nəticəsində çayda bulanıqlıq yaranıb.

"Azərsu" ASC-dən "APA-Economics"ə verilən məlumata görə, bu səbəbdən suyun təxliyəsinə başlanılıb.

Yaranan vəziyyəti nəzərə alaraq, sabah Göygöl rayonunun bir hissəsində suyun verilməsi fasilələrlə həyata keçiriləcək.