Azərbaycanda kişi arvadını küçədə qətlə yetirdi

Bərdə rayonunda kişi arvadını öldürüb.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun mərkəzi küçələrinin birində baş verib. 
Belə ki, Tural Mustafayev ailə-məişət zəminində arvadı Təranə Mustafayevanı ürək nahiyəsindən bıçaqlayaraq qətlə yetirib.