Daha bir müəllim COVID-19-dan vəfat etdi - FOTO

Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib. 
Oxu.Az-ın məlumatına görə, Azərbaycan Texniki Universitetinin (AzTU) 52 yaşlı müəllimi Rəna Əhədova koronavirusun qurbanı olub. 
O, 1991-ci ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman İnstitutunu (indiki Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası) bitirib. 
Qeyd edək ki, son günlər koronavirusdan vəfat edən müəllimlərin sayında artım müşahidə edilir.