Qazaxda piyadanı avtomobil vurub

Qazaxda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Nəriman Nərimanov küçəsində qeydə alınıb. Yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı Ceyhun Süleymanovu avtomobil vurub. O, xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.