Yeniyetmənin ölümündə şübhəli bilinənlər hakim qarşısında...

Ankaranın Kızılcahamam vilayətində cinzi təcavüzə məruz qaldıqdan sonra həyatını itirən 17 yaşlı Gamze Açarın ölümündə şübhəli bilinən beş nəfər hakim qarşısına çıxarılıb. “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir ki, hadisə yeniyetmənin iş görüşməsi üçün getdiyi oteldə baş verib. Açar binanın beşinci mərtəbəsindən yıxılaraq ölüb. Məhkəmədən verilən xəbərə görə, həmin beş nəfər əməllərinin üstü açılmaması üçün qızı ölümə təşviq ediblər. 
 Yeniyetmənin valideynləri şübhəlilərin cəzalanmasını istəyirlər.