41 yaşlı kişi gənc qızı oğurlayaraq zorladı


Azərbaycanda itkin düşən gənc qızın oğurlanaraq zorlandığı məlum olub. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. 

Məlumata görə, 41 yaşlı Ramil Bayramov 19 yaşlı qızı qaçırıb, bir gün sonra isə onu zorlayıb. 

Hüquq-mühafizə orqanlarının keçirdiyi tədbirlər nəticəsində gənc qız evinə qaytarılıb.

R.Bayramov barəsində isə Goranboy Rayon Prokurorluğunda cinayət işi başlanılıb.