Qəbələdə 18 yaşlı gənc tanışını bıçaqlayıb

Oktyabrın 9-u saat 21:00 radələrində Qəbələ rayonu, Tikanlı kənd sakini 1987-ci il təvəllüdlü Sənur Ağahüseynovun üzərində çoxsaylı bıçaq xəsarətləri olan meyitinin Tikanlı kəndinə yaxın ərazidə aşkar edilməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Qəbələ Rayon Prokurorluğundan verilən məlumata görə, həyata keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin zərərçəkmişin tanışı, Qəbələ rayonu Uludaş kənd sakini 2003-cü il il təvəllüdlü Kənan Mustafayev tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə ilə əlaqədar törədilməsi müəyyən edilib. 

Kənan Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.