Hacıqabulda gənc tanıdığı şəxslər tərəfindən bıçaqlanıb

Hacıqabulda bıçaqlanma hadisəsi baş verib.

“Report”un Aran bürosunun məlumatına görə, hadisə şəhərin Həmid Həmidov küçəsində qeydə alınıb. Həmin küçədə ev 116-da yaşayan 1995-ci il təvəllüdlü Əliyev Rafael Rüfət oğlu iki bıçaq xəsarəti alıb.

Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. R.Əliyevin dediyinə görə o, tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.