Qaçan pişiyini tutmaq istədi 

5-ci mərtəbədən  yıxılıb öldü

Türkiyənin Tekirdağ bölgəsində faciə yaşanıb. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, Tekirdağın Hayrabolu əyaləti Şalğamlı Ailə Sağlığı Mərkəzində həkim işləyən, 1994-cü il təvəllüdlü  İrəm Büşra Üngül İstanbulda yaşayan ailəsini ziyarətə gedib. İrəmin “Faik” adlı pişiyi eyvana qaçıb. 

Həkim xanım da pişiyi tutmaq üçün ardınca eyvana  qaçıb. Pişiyi tutmaq istərkən müvazinətini itirib və 5-ci mərtəbədən yerə yıxılıb. Hadisə yerinə təcili tibbi yardım çağırılıb, gənc həkim xəstəxanaya çatdırılıb. Lakin həkimlərin səyinə baxmayaraq İrəmin həyatını xilas etmək mümkün olmayıb. İrəm Büşra Üngül 2019-cu ildə Samsun “19 Mayıs” Universitetinin tibb fakültəsini bitiribmiş. Gənc qadının cənazəsi doğma yurdu Hayranboluda torpağa tapşırılacaq.