Tələbələr arasında kütləvi dava: bir nəfər bıçaqlanıb 

Şanlıurfada məktəb həyəti savaş meydanına dönüb. 1 tələbə bıçaqlanıb. 
“Sherg.az” “HaberGlobal”a istinadən xəbər verir ki, hadisə Şanlıurfanın Karaköprü rayonunda yerləşən “Adnan Menderes Anadolu Lisesi”nin həyətində yaşanıb. İki tələbə qrupu arasında hələ səbəbi bəlli olmayan mübahisə yaranıb. Böyüyən anlaşmazlıq qısa müddətdə davaya çevrilib. Yumruq və təpiklər havada uçuşub. 
Az sonra onlar  yerdə bir-birlərini vurmağa başlayıblar. Davaya müdaxilə etmək istəyən müəllim və digər tələbələr onları ayırmaqda çətinlik çəkib. Bir tələbə bıçaqlanaraq yaralanıb. Olay yerinə polis qrupu çağırılıb.