Qadın dönər bıçağı ilə kababçıya hücum etdi! – Qeyri-adi səbəb

İstanbul “Esenyurt”da kababçıya gələn qadın sifarişi gecikdiyi üçün əsəbləşərək ortalığı bir-birinə vurub.
“Sherg.az” “Haber Global”a istinadən xəbər verir ki,  o, öncə dönər bıçağı ilə təhdid edib, daha sonra iş yerini daşqalaq edib:
“İddialara görə, müştəri restorana gəlib, ciyər sifariş verib. Sifarişi gəlməyi üçün məkan sahibi ilə mübahisə edib. Hadisənin səbəbləri barədə danışan sahibkar “İsmet Erzen” bildirib ki, bir qadın müştəri marketə gelib və ciyər sifariş edib:

“Sifarişin hazırlanma müddəti var.Təxmini 10- 15 dəqiqə çəkir. Sifarişin çıxdığı vaxtda qadın birdən ayağa qalxıb, bağırmağa başlayıb: “Mən bir saatdır sifariş gözləyirəm, nədir bu rəzalət’ deyib. 

Mən sifarişinin çıxdığını söyləyərək sakitləşməsini söylədim. Qadın qəzəblə sifarişi istəmədiyini bildirdikdə mən də əsəbləşərək “Niyə istəmədiyin şeyi sifariş edirsən” deyə qışqırdım. Müştəri də həmin şkafı yumruqlayıb. İçəri girib, dönər bıçağını alıb və bizi təhdid etməyə başlayıb. 

‘Siz kimsiniz mənə qışqırırsınız, sizi kəsəcəm” diyərək bıçaqla üzərimizə gəlib. Qadını sakitləşdirməyə çalışdıq. Həmin an onun ürəyi gedib. Ayılanda isə kimlərəsə məkanın yerini göndərib. 

“Abilerim indi Kasımpaşadan gələcək və dükanınızı başınıza yıxacaq’ kimi cümlələr işlədib. Restoranımızdan gedib. Yəni biz nə etdik, bilmirəm. Sadəcə xidmət göstərməyə çalışdıq, insan kimi davrandıq. Bizə beləmi davranmalı idi?!”.