Qazaxda ana və qızı dəm qazından zəhərlənib

Qazax rayonunda iki nəfər dəm qazından zəhərlənib.

"Report"un Qərb bürosunun məlumatına görə, Qazax rayon sakini, 1975-ci il təvəllüdlü V.Qasımova və onun qızı 2008-ci il təvəllüdlü G.Nəsibova dəm qazından zəhərlənib.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.