Gəncədə yanğın  söndürülüb

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Gəncə şəhəri, Kəpəz rayonu, Ruzigar Qasımov küçəsində birmərtəbəli fərdi yaşayış evində yanğın olması barədə məlumat daxil olub.

Bu barədə Sherg.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Məlumatla əlaqədar naziliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əlavə məlumat veriləcək.