Xırdalanda məktəbin damı uçdu - YENİLƏNİB

“Xırdalan şəhərində güclü küləyin törətdiyi fəsad zamanı xəsarət alan olmayıb”.
Bu barədə Oxu.Az-a Abşeron Rayon Təhsil Şöbəsindən bildirilib.
Şöbədən bildirilib ki, əsən güclü külək nəticəsində Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin dam örtüyünün bir hissəsi uçub:
“Hadisə nəticəsində xəsarət alan olmayıb. Vəziyyətlə bağlı məktəbdə dərhal ilkin təhlükəsizlik tədbirləri həyata keçirilib, aidiyyəti qurumlara məlumat təqdim olunub. Ən qısa zamanda dam örtüyünün bərpa işlərinə başlanacaq”.

11:44

Abşeron rayonu, Xırdalan şəhərində güclü külək fəsad törədib.

Oxu.Az-ın məlumatına görə, külək nəticəsində Xırdalan 9 nömrəli tam orta məktəbin damı uçub.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, bu gün Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 18-23 m/s, arabir 27-32 m/s, günün birinci yarısında bəzi ərazilərdə arabir 35-38 m/s-dək güclənəcəyi, rayonlarında isə şimal-qərb küləyinin 15-20 m/s, arabir 25-30 m/s, bəzi Kür vadisi rayonlarında arabir 35-38 m/s-dək güclənəcəyi gözlənilir.