Bakıda güclü külək restoranın dam örtüyünü uçurub

Səbaildə güclü külək restoranlardan birinin dam örtüyünü uçurub.
Oxu.Az xəbər verir ki, söhbət Su İdman Sarayının yaxınlığındakı restoranlardan birindən gedir.
İlkin məlumata görə, güclü külək restoranın dam örtüyünün bir hissəsini uçuraraq yola atıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.
Səbail Rayon İcra Hakimiyyətindən Oxu.Az-a faktı təsdiq ediblər. Bildirilib ki, güclü külək paytaxtın digər rayonlarında olduğu kimi burada da fəsadlara səbəb olub:
“Restoranın dam örtüyü uçub. Aidiyyəti üzrə əraziyə baxış keçirilib və fəsadlar aradan qaldırılıb. Xəsarət alan olmayıb”.