Ağcabədidə 30 yaşlı qızı qaçıran şəxs saxlandı

Ağcabədi rayonunda 30 yaşlı qızı qaçıran şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində mart ayının 7-də Ağcabədi rayonu ərazisində qohumu Tutu İbrahimovanı qaçırmaqda şübhəli bilinən Qeis Cabbarov saxlanılıb. 
Laçın RPŞ-də Q.Cabbarov barəsində Cinayət Məcəlləsinin 144.2.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, mart ayının 7-də Laçın rayon sakini, 1992-ci il təvəllüdlü Tutu İbrahimovanın  qaçırılması ilə bağlı Laçın Rayon Polis Şöbəsinə məlumat daxil olub. Müraciətlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş intensiv əməliyyat-axtarış tədbirləri nəticəsində T.İbrahimovanın olduğu yer müəyyən edilərək tapılıb.