Bakıda özünü binadan atan yeniyetmə qız öldü

Bakıda özünü binadan atan yeniyetmə qız dünyasını dəyişib.
Lent.az xəbər verir ki, hadisə aprelin 1-i paytaxtın Nəsimi rayonu, Asif Məhərrəmov küçəsindəki çoxmərtəbəli binalardan birində qeydə alınıb.
16 yaşlı Səbinə İsmayılova həmin binanın eyvanından özünü ataraq intihara cəhd edib. O, ağır xəsarətlərlə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Həkimlərin müdaxiləsinə baxmayaraq, S.İsmayılova bu gün orada ölüb.
Faktla bağlı araşdırma aparılır.