Kəşfləri başına bəla oldu! - Özü də öldü, başqaları da... 

Tomas Midqley istiliyi udmaq qabiliyyətinə malik olan xloroflorokarbon qazını kəşf edib.  Xloroflorokarbon qazları cəmi 10 il ərzində ozon təbəqəsinin 4 faizini məhv edib. "Sherg.az"xəbər verir ki,  bu qaz tənəffüs yolu ilə dünyadakı bütün insanların orqanizminə nüfuz edib.  
T.Midgley müəyyən edib ki, benzinə tetraetil qurğuşunu əlavə etdikdə onun effektivliyi artır. O, kəşfi sayəsində varlanıb, amma fabrik işçiləri arasında qurğuşun zəhərlənməsi və ölüm halları baş verməyə başlayıb. Qurğuşun neyrotoksindir.  Hətta qısa müddətli bu qəza məruz qalma intellektin azalmasına və asosial davranışın yayılmasına səbəb olur.  T. Midqlinin havaya buraxdığı qurğuşun ilə bütün insanların orta İQ balını 5 bala qədər aşağı saldığı deyilir. Ətraf mühit tarixçisi Con Makneylin sözlərinə görə, dünya tarixində heç bir canlı ətraf mühitə və canlılara Midqli qədər zərər vurmayıb.  Sonda yataq xəstəsi olan Tomas Midqlinin sonuncu ixtirası özünə də ziyan vurub. O, özünü çarpayıda hərəkət etdirmək üçün maşın çarxı hazırlayıb. Hazırladığı maşının çarxları idarədən çıxıb. Beləcə ozon təbəqəsini təkbaşına məhv edən, bütün dünya əhalisini zəhərləyən Tomas Midqlinin boğazına ilişib, onu boğaraq öldürdü.