İnanılmaz "ət yağışı"... - FOTO

1876-cı ildə ABŞ-nin  Kentukki ştatında "Kentukki ət yağışı" kimi tanınan inanılmaz bir hadisə baş verib.
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, Kentukkidə xanım Kruş eyvanında sabun hazırlayarkən göydən ət olduğunu iddia etdiyi qəribə bir yağış yağdığını görüb. Başlanğıcda Tanrının bir əlaməti olduğuna inanılan bu hadisə tez bir zamanda bir çox elm adamının diqqətini çəkib.  

Ətin dadına baxmağa cəsarət edənlər onun quzu və ya maral olduğunu iddia ediblər. Lakin alimlər bu haqda ilk açıqlamalarında həmin ətlərin at və ya körpə uşaqların ağciyər toxuması olduğunu deyiblər. Ətraflı araşdırmalardan sonra məlum olub ki, Kentukki ştatında ət yağışına həmin an şəhərin üzərindən keçən böyük bir quş sürünün eyni vaxtda qusması səbəb olub.  

Məlumdur ki, qarğalar öz gücündən çox yedikdə mədələrini yüngülləşdirmək üçün qusurlar. Bir qarğa qusmağa başlayanda(  insanlarda olduğu  kimi) digər qarğaların da ürəyi bulanır. Belə onlar da qusdura bilirlər.  Bu hadisə həm də müxtəlif elm adamlarının həmin  ətlərin nə əti olduğu ilə bağlı fərqli fikirlərini də ortaya çıxarıb.  Çünki  həmin anda göydən tökülən ətlərin hamısı müxtəlif canlılara məxsus olub.