Dünyanın ən qorxulu məkanı  - Kukla adası 

Meksikadakı yerləşən əsl adı "Isla de Las Munecas" olan bu adanın hekayəsi Don Julian Santana Barreranın adada tək yaşadığı zaman başlayıb.   

"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, təcrid həyatı yaşayan Barrera "Isla de Las Munecas" adasının yaxınlığındakı kanalda boğulmuş balaca bir qız tapıb. 

Çox keçmədən  o,  qızın kuklasının da kanala düşdüyünü görüb və kuklanı  götürüb ağacdan asıb. Zamanla bu işə vərdiş edən Santana adadakı bütün ağacları kuklalarla doldurmağa başlayıb. 

Hadisədən  50 ildən sonra adanın hər yerində minlərlə kuklanın  ağaclardan asılı olduğu bir mənzərə yaranıb. 

Maraqlısı odur ki,  Santana  da 2001-ci ildə eynilə bu körpə qız kimi su yollarından birində boğularaq ölüb. O vaxtdan Santananın ailəsi adada turistik fəaliyyətlər təşkil edərək pul qazanıblar.