Xoyda zəlzələdən zərər çəkən qadın İran məmurlarına etiraz edir - VİDEO

Güney Azərbaycanın Xoy şəhərində zəlzələdən zərər çəkmiş çarəsiz qadın İran məmurlarına etiraz edib.
Bununla bağlı video “Azad İran” “Telegram” kanalında yerləşdirilib.
“Niyə xalqın zəlzələdən zərər çəkənlərə göndərdiyi yardımların qarşısını kəsirsiniz?! Yoxsa yardımları öz pulunuzla alırsınız? Bu soyuqda çarəsiz və ac qalmışıq. Heç olmasa, imkan verin, insanlar kömək etsinlər!” - deyə qadın etirazını bildirir.