Şəmkirdə sobanın üzərinə yıxılan yaşlı qadın ölüb

Şəmkir rayonunda görmə qabiliyyətini itirmiş ahıl qadın sobanın üzərinə yıxılaraq aldığı yanıq xəsarətlərindən ölüb.
“Report”un məlumatına görə, hadisə rayonun Mahmudlu kəndində qeydə alınıb.
Onun meyiti tibbi ekspertizaya aparılıb, şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.