İranda qonaq məşqçi polislər tərəfindən döyüldü - VİDEO

İranda “İstiqlal” futbol klubunun məşqçisi portuqaliyalı Andrea Stramaccioni polislər tərəfindən döyülüb.
Bu barədə İran mediası xəbər yayıb.
Bildirilir ki, hadisə “İstiqlal” və “Mes-Kerman” futbol klublarının qarşılaşması zamanı baş verib. Belə ki, hakim “İstiqlal”ın məşqçisinə qırmızı kart göstərərək onu stadiondan uzaqlaşdırdığı vaxt, fars molla rejiminin hüquq-mühafizə orqanlarının əməkdaşları ona arxadan hücum ediblər.
Sosial şəbəkələrdə hadisənin görüntüləri yayılıb.