Bakıda gənc qız  binadan yıxılaraq ölüb


Bakının Sabunçu rayonunda ölüm hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, əlillər binası kimi tanınan yaşayış kompleksində yaşayan 1999-cu il təvəllüdlü Həbişova Səbinə Rahib qızı yataq otağının pəncərəsindən yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.


Gənc qızın ölümünün dəqiq səbəbləri Sabunçu Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır.