Ağdamda iki nəfər minaya düşüb 

Ağdam rayonunun Yusifcanlı kəndi ərazisində yerli sakinlər mina partlayışı nəticəsində həyatlarını itiriblər.
DİN-in Mətbuat xidmətindən "Report"a bildirilib ki, 1999-ci il təvəllüdlü İsrail Həsənov İbrahim oğlu və 1987-ci il təvəllüdlü Həsənov Amid Hüseyn oğlu heyvan otararkən minaya düşüblər.
Faktla bağlı araşdırma aparılır.