Kubaya rəsmi səfərlə bağlı nümayəndə heyəti ilə görüşlər keçirən Rusiya təhsil və elm nazirinin müavini Pyotr Kuçerenkonun qayıdış zamanı təyyarədə qəflətən halı pisləşib.
“Sherg.az” xəbər verir ki, uçuş heyətinin müdaxiləsinə baxmayaraq rus bürokrat dünyasını dəyişib.
Qeyd edək ki, Rusiyaya endikdən sonra təyyarədən cansız bədəni çıxarılan 46 yaşlı Kuçerenkonun ölüm səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.
Mənbə: Haber Global