Sevgi kabusu! Avtomobilin vəziyyətini görüb şoka düşüblər


Antalyada park edilmiş avtomobilin üzərinə sprey boya ilə ürək lövhələri çəkilib. Avtomobilin vəziyyətini görüb şoka düşüblər.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, hadisə gecə saatlarında Muratpaşa rayonunun Altındağ məhəlləsində baş verib. Bir şirkətə məxsus park edilmiş 34 RK 6929 dövlət nömrə nişanlı avtomobilin üzərinə naməlum şəxs və ya şəxslər tərəfindən sprey boya ilə ürək izləri çəkilib və üzərində "Serap, Adem, səni sevirəm, məni tərk etmə, sən mənimsən" sözləri yazılıb.

Dövlət nömrə nişanı rənglənmiş nəqliyyat vasitəsinin 4 təkərinin kəsici alətlə kəsildiyi də görünüb. Polis, məlumatdan dərhal sonra şübhəlilərin tutulması üçün işlərə başlayıb.

Turan