Gəncədə qocalar evində yanğın olub + YENİLƏNİB

Gəncədə Qocalar evində baş vermiş yanğın söndürülüb.

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə zamanı xəsarət alan olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

18:47

Gəncədə yanğın hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb.

Qəsəbədə yerləşən qocalar evinin 1 otağında anidən yanğın olub. Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən avtomobilləri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı 1 otağın 25 kv.m-i metri yanıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının baş vermə səbəbləri araşdırılır.